Please ensure Javascript is enabled for purposes of website accessibility

Bolqarıstanlı nazir “ASAN xidmət”də

Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının gənclər və idman naziri Dimitar İlievin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin tabeliyində olan “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. 


Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb. 

Bolqarıstan tərəfi öz növbəsində “ASAN xidmət” təcrübəsinin onlarda yüksək təəssürat yaratdığını bildirib.

A- A A+

Digər press-relizlər