İntuziazm hissinə, müstəqil və yaradıcı düşüncə tərzinə malik olan, yaradıcı kadrların yetişdirilməsi, korporativ dəyərlərə sadiq, vətəndaş məmnunluğunu təmin edə bilən kadr potensialının formalaşdırılması Dövlət Agentliyin Təlim Strategiyasının əsas məqsədlərindən biridir.
13 mart 2014-cü il tarixində İsrail Dövlətinin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Rafael Harpaz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.
12 mart 2014-cü il tarixində Gəncə “ASAN xidmət” mərkəzində təşkil təlimlər çərçivəsində nəzarət və mühafizə funksiyalarını həyata keçirən əməkdaşlarla etik davranış qaydalarına dair təlimlər keçirilmişdir.
7 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində “ASAN xidmət” mərkəzi tərəfindən qadın məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilmişdir.