Please ensure Javascript is enabled for purposes of website accessibility

İsveçrə Konfederasiyası Federal Şurası nümayəndəsi “ASAN xidmət”də

9 mart 2016-cı il tarixində İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leunun rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Eyni zamanda vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 8 000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.

Sonda qonaqlar “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

A- A A+

Digər press-relizlər