Zaqatalada ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib
8 may 2018-ci il tarixində “ASAN xidmət” və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Zaqatalada ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.
Aksiya çərçivəsində 600-ə yaxın vətəndaş ödənişsiz olaraq peşəkar həkim müayinələrindən yararlanıb.
Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.
Qeyd edək ki, bu aksiyanın layihə müddətində Səyyar ASAN xidmətin olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.