Please ensure Javascript is enabled for purposes of website accessibility
“ASAN Viza” TİMATİC nəşrində Ətraflı

Viza qaydalarının beynəlxalq bilet satış agentləri vasitəsilə sərnişinlərə və xarici hava limanlarında xidmət personallarına tam çatdırılması məqsədilə Beynəlxalq Hava Nəqliyyat Assosasiyasının (İATA) 1963-cü ildən nəşr olunan TİMATİC nəşrinin May 2018 buraxılışında “ASAN Viza” haqqında məlumat dərc olunub.

“Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı sərgi Ətraflı

14 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Daş Salnamə” muzeyində Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı ABAD məhsullarının sərgisi baş tutub.

Qida təhlükəsizliyi ilə bağlı xidmətlər ASANlaşdı Ətraflı

12 iyun 2018-ci il tarixində qida təhlükəsizliyi ilə bağlı xidmətlərin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir Ətraflı

Səyyar ASAN xidmət 18 may – 14 iyun Ağcabədi şəhərində, 24 may – 22 iyun Salyan şəhərində, 29 may - 27 iyun Xudat şəhərində, 30 may - 28 iyun Qazax şəhərində, 30 may –13 iyun Mərdəkan qəsəbəsində, 4 – 13 iyun Göytəpə şəhərində, 4 – 14 iyun Aşağı Ağcakənd qəsəbəsində, 4 iyun – 3 iyul Qax şəhərində, 11 – 20 iyun Pirəkəşkül qəsəbəsində, 12 – 21 iyun Horadiz şəhərində vətəndaşlara səyyar formada xidmə...