“Vətəndaş cəmiyyətinin mövcudluğu və inkişaf istiqamətləri” mövzusunda mühazirə keçirilib
12 dekabr 2014- cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və DİN-nin Polis Akademiyasının birgə təşkilatçılığı ilə “Dövlət idarəetməsində qanunçuluq və intizam” mövzusunda kurs təşkil olunub.
Dövlət Agentliyinin Təlim sektorunun müdiri dosent Nazənin Hüseynova müdavimlərə “Vətəndaş cəmiyyətinin mövcudluğu və inkişaf istiqamətləri” mövzusunda mühazirə kursu keçib.
Mühazirəçi Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın qurucusu və memarı kimi milli dövlət quruculuğundakı tarixi xidmətlərini, siyasi və idarəçilik fəaliyyətini vurğulayıb. Nazənin Hüseynova hüquqi – sosial dövlət quruculuğu, vətəndaş cəmiyyətinin bərqərar olunması yolunda görülən tədbirlərin əhəmiyyəti, əsas xüsusiyyətləri və prinsipləri barədə məlumat verib. Qeyd olunub ki, Heydər Əliyevin azərbaycançılıq ideologiyası müstəqil dövlətimizin gələcək inkişafında xüsusi rola malikdir. Tədbirdə ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və siyasi plüralizmə əsaslanan güclü demokratik cəmiyyətin formalaşdığı qeyd edilərək ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin, görülən ardıcıl və kompleks tədbirlərin əhəmiyyəti vurğulanıb.
Mühazirə kursunda vətəndaş cəmiyyətinin mövcudluq şərtləri, əsas prinsipləri və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın yeni forması kimi “ASAN xidmət” modeli barədə müdavimlərə dolğun məlumat verilib. Müdavimlər ölkədə qurulan innovativ, müasir idarəetmə modeli olan “ASAN xidmət”-in prinsipləri, fəaliyyət məqsədləri barədə məlumatlandırılıb.
Sonda mühazirə iştirakçılarının şərh və sualları cavablandırılıb.