Ukrayna Respublikasının nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub
30 avqust 2013-cü il tarixində Ukrayna Praktiki Siyasət İnstitutunun direktoru Boqdana Babiç və Ukrayna Vətəndaş Cəmiyyəti Problemlərinin Araşdırılması Mərkəzinin rəhbəri Vitali Kulik Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.
Qonaqlara 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması tarixçəsi, məqsədləri, keçdiyi inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair yığcam məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, klassik “vahid məkan” prinsipinə əsaslanan orqan qismində “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışlar.