Please ensure Javascript is enabled for purposes of website accessibility

Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri “ASAN xidmət”də

10 aprel 2015-ci il tarixində Slovakiya Milli Şurasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robertin başçılıq  etdiyi nümayəndə heyəti 4 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

“ASAN xidmət”-in yaradılması və fəaliyyət məqədləri barədə məlumatlandırılan qonaqlara bu konsepsiyanın  dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğu bildirilib. Qeyd olunub ki,  şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib.

“ASAN xidmət” təcrübəsinin dövlət xidmətlərinin həyata keçirilməsində örnək model olduğunu bildirən qonaqlar bu təcrübənin digər ölkələrdə də tətbiqinin müstəsna əhəmiyyətini vurğulayıb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 4 000 000-dan çox müraciətin daxil olduğu qonaqların diqqətinə çatdırılıb.

 “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan qonaqlar öz məmnunluqlarını bildirib, mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

A- A A+

Digər press-relizlər