Please ensure Javascript is enabled for purposes of website accessibility

Səyyar ASAN xidmət Şamaxıda

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar  səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlamışdır.

Səyyar ASAN xidmət 2 istiqamət üzrə  göstərilməkdədir. Şimal istiqamətində avtobuslar  Quba, Şamaxı, İsmayıllı, Balakən və digər rayonlara, cənub isiqamətində isə Şirvan, Sabiradad, Salyan, Hacıqabul, Lənkəran, Masallı, Neftçala və digərlərinə səfər edəcəkdir.

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda isə Sabirabad və Saatlı  rayonlarının sakinlərinə ASAN Səyyar Xidmət göstərilmişdir.

29 iyun - 15 iyul tarixində Şamaxı, Qobustan və Ağsu rayonlarının ümumi sayı 210000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətdən Şamaxı şəhərində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaqdır.

Bu xidmətlərə aşağıdakılar daxildir:

  • Notariat fəaliyyəti
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi
  • Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
  • Əmək pensiyalarının təyin edilməsi
  • Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Foto:"Səyyar ASAN xidmət" Şamaxıda

 

A- A A+

Digər press-relizlər