Please ensure Javascript is enabled for purposes of website accessibility

Qırğız Respublikasının nümayəndə heyəti “ASAN xidmət”də

25 iyul 2024-cü il tarixində Qırğız Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Klim Omelçenkonun rəhbərlik etdiyi müxtəlif qurumların məsul şəxslərindən ibarət nümayəndə heyəti  “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri, eləcə də digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.



Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.




Görüş zamanı Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Həmçinin müvafiq sənədin icrası çərçivəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə birgə fəaliyyət planının hazırlanması barədə razılıq əldə olunub.



Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və dövlət xidmətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.



Nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub.

A- A A+

Digər press-relizlər