Nəzarət və mühafizə funksiyalarını həyata keçirən əməkdaşlarla etik davranış qaydalarına dair təlimlər keçirilmişdir
12 mart 2014-cü il tarixində Gəncə “ASAN xidmət” mərkəzində təşkil təlimlər çərçivəsində nəzarət və mühafizə funksiyalarını həyata keçirən əməkdaşlarla etik davranış qaydalarına dair təlimlər keçirilmişdir.
Təlimdə əməkdaşlara əxlaq nəzəriyyəsi kimi etikanın mahiyyəti və əsas anlayışları, etik davranışın səmərəli dövlət qulluğundakı rolu, etik davranış və təşkilati mədəniyyət arasındakı qarşılıqlı əlaqə barəsində məlumat verilmişdir. Etik davranış qaydaları haqqında qanunvericilik iştirakçıların nəzərinə çatdırılmış, bu qaydalara əməl olunmasına nəzarət və məsuliyyət mexanizmi barədə onlara məlumat verilmişdir.
Təlim iştirakçıları işgüzar münasibətlərdə etik vasitə kimi ünsiyyətin rolu və formaları, işgüzar ünsiyyətin növləri, verbal ünsiyyət və fərqli vəziyyətlərdə ünsiyyət texnikaları, qeyri-verbal ünsiyyətin, şəxsi məsafənin, jestlərin, duruşun, yerişin, mimikanın iş ünsiyyətinin vacib hissəsi kimi əhəmiyyəti barədə geniş biliklər əldə etmişlər.