Please ensure Javascript is enabled for purposes of website accessibility

Keniya "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

Keniya Respublikasının dövlət xidmətləri və insan kapitalının inkişafı naziri Justin Bedan Njoka Muturi "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

​Qonaq 14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “ASAN xidmət”in təşkil edəcəyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdədir.
 
​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış  “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
 
​Keniya tərəfi “ASAN xidmət” təcrübəsinin öyrənilməsində, burada  həyata keçirilən yeniliklərin ölkəsində də tətbiqində maraqlı olduğunu bildirib.
 
​Həmçinin qonaqlara “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.

A- A A+

Digər press-relizlər