Please ensure Javascript is enabled for purposes of website accessibility

Gəncədə “ASAN xidmət” mərkəzində silsilə təlimlər keçirilmişdir

9-17 mart 2014-cü il tarixində  Gəncə “Asan xidmət” mərkəzində  100-ə yaxın əməkdaşın iştirakı ilə silsilə təlimlər keçirilmişdir. Təlimlərdə “ASAN xidmət” mərkəzinin və müvafiq dövlət orqanlarının əməkdaşlarına idarəetmə qabiliyyətlərinin və fərdi keyfiyyət xüsusiyyətlərinin yüksəldilməsinə yönələn məlumatlar tədris edilmişdir.

Təlim iştirakçıları vətəndaş məmnunluğunun təmin olunması, onların hüquq, azad­lıq­ və qa­nu­ni maraqlarının müdafi­əsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, korrupsiyaya və sürün­dür­məçiliyə qarşı mübarizə, dövlət qulluğuna ictimai etimadın for­ma­laş­dırılması dövlət qulluğu mexaniz­minin qarşısında duran mühüm vəzi­fələrdən biri olduğu barədə məlumatlandırılmışlar.

Vətəndaş məmnunuluğunun təmin olunmasının mühüm prinsipi kimi etik davranış qaydalarına dair  keçirilən təlimdə əxlaq nəzəriyyəsi kimi etikanın anlayışı və əsas müddəları, dövlət qulluğunda etikanın rolu, dövlət qulluğuna və dövlət orqanının işinə ictimai etimadın formalaşmasında etikanın əhəmiyyəti  mövzusunda ətrafında biliklər verilmişdir.

Təlimlər səmərəli ünsiyyət, dinləmə və izahetmə, komanda qurmaq bacarığı, açıq çıxış etikası, protokol qaydaları, fəaliyyətin qiymətləndirilməsi, səmərəli kadr texnologiyaları və s. dair qabiliyyətlərin inkişaf etdirilməsinə xidmət etmişdir. 

İnsan resurslarının idarə olunmasının sosial-psixoloji metodları, vaxtın idarə olunması üsulları, təşkilatda etik davranış və nizam-intizam qaydalarına dair geniş məlumatlandırıldıqdan sonra əməkdaşlar vətəndaş məmnunluğunun təmin olunmasının prinsiplərinə dair də geniş biliklər də əldə etmişlər.

İştirakçılar səmərəli ünsiyyətin qurulmasında dinləmə qabiliyyətinin rolu barədə məlumatlandırılmış, ünsiyyətin struktur elementi kimi dinləmənin növləri və izahetmə bacarığını inkişaf etdirən texnologiyalar barədə  geniş biliklər əldə etmişlər.

Keçirilən psixoloji təlimlərin məqsədi aşağıdakılardan ibarət olmuşdur:

 

  • əməkdaşlarda stresin mahiyyəti, təsirləri, stress yaradan faktorlar, stresdən müdafiə və stresin düzgün idarə olunması metodları  barədə biliklərin inkişafı.
  • münaqişəli halların idarə olunmasına, müxtəlif temperament tipinə aid olan insanlarla işləməyə, ünsiyyət psixologiyasına və texnologiyasına, işgüzar etiketə dair bacarıqların formalaşdırılması.
  • NLP sisteminə, məlumatın çatdırılmasının səmərəli formalarına və s. aid biliklərin inkişafı.

 

 

Beləliklə, təlimlərdə münaqişəli halların idarə olunmasına, müxtəlif temperament tipinə aid olan insanlarla işləməyə, ünsiyyət psixologiyasına və texnologiyasına, işgüzar etiketə dair bacarıqların  təkmilləşdirilməsini  yönələn biliklər də verilmişdir. Hər qrupla bir gün davam edən təlimlərdə  həmçinin, stressin mahiyyəti və xüsusiyyətləri, stress yaradan meyarlar və onların aradan qaldırılması üsulları, stressin səmərəli iş mühitinə təsir göstərməsinin qarşısını almaq üçün tətbiq oluna bilən metodlar barədə məlumatlar təlim iştirakçılarının nəzərinə çatdırımışdır.

 

Foto:Gəncədə “ASAN xidmət” mərkəzində silsilə təlimlər keçirilmişdir

 

A- A A+

Digər press-relizlər