Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “TEKNOFEST"in azərbaycanlı qalibləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev cari ilin 27 aprel-1 may tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının azərbaycanlı qalibləri ilə görüşüb.

Dövlət Agentliyinin sədri  qalibləri təbrik edərək onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.


Qaliblərlə Dövlət Agentliyinin həyata keçirdiyi layihələr, yeni texnoloji trendlərin dövlət xidmətlərində tətbiqi və peşəkar komanda quruculuğu istiqamətində məlumat verilib. Həmçinin onların müxtəlif layihələrdə iştiraklarına dair fikir mübadiləsi aparılıb. 


Görüşdə “Kənd Təsərrüfatı Texnologiyaları” kateqoriyası üzrə 3-cü yerin qalibi, Bakı Dövlət Universitetinin III kurs tələbəsi, Humantek komandasının kapitanı Nəzrin Abdullayeva, “Ağıllı Nəqliyyat” kateqoriyası üzrə 1-ci yerin qalibi, Bakı Dövlət Universitetinin Tələbə Elmi-Texniki Yaradıcılılq Mərkəzinin direktoru İlyas Nəbiyev və “Wipo Best International Award” müsabiqəsində 1-ci yerin sahibi,  "Texnologiyaların İnkişafına Dəstək" İctimai Birliyinin sədri Ceyhun Xəlilov iştirak ediblər.

A- A A+

Digər press-relizlər