Please ensure Javascript is enabled for purposes of website accessibility

Bakıda keçirilən “İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans öz işini başa vurub

25 sentyabr 2014-cü il tarixində Bakıda keçirilən “İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans öz işini başa vurub.

Tədbirdə 30-dan çox dövləti, Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiya, bir sıra xarici QHT-ləri təmsil edən 50-ə yaxın xarici nümayəndə iştirak edib.

24-25 sentyabr tarixində keçirilən tədbirdə xarici qonaqlar insan hüquqlarının təmin olunmasında dövlət xidmətlərinin həyata keçirilməsini rolunu qeyd ediblər. Həmçinin, iştirakçılar müvafiq xidmətlər üzrə milli təcrübələrini paylaşıb,  bu sahədə faydalı müzakirə imkanları əldə ediblər. 

Tədbir çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə müasir modellər mövzusunda müxtəlif sessiyalar təşkil olunub.

İştirakçılar ,həmçinin, Azərbaycanın yeni brendi olan “ASAN xidmət”-in fəaliyyətini dövlət  xidmətlərinin göstərilməsində örnək model kimi qiymətləndirib, bu təcrübənin Avropa məkanında tətbiqinin faydalı ola biləcəyini qeyd ediblər.

 

 

A- A A+

Digər press-relizlər