Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” təcrübəsi beynəlxalq tədbirdə təqdim olundu

2-6 noyabr 2015-ci il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına tərəf dövlətlərin Konfransının 6-cı sessiyası keçirilib.

Konfrans çərçivəsində təşkil edilmiş “Korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın müsbət təcrübələri” adlı xüsusi tədbirdə “ASAN xidmət”in təcrübəsinə dair təqdimatla çıxış edilib, foto və video materiallar konfrans iştirakçılarına nümayiş etdirilib. Təqdimat iştirakçıların böyük marağına səbəb olub və “ASAN xidmət” barədə onların çoxsaylı sualları cavablandırıb.

Konfrans zamanı həmçinin Azərbaycanın nümayəndə heyəti tərəfindən irəli sürülmüş “Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi ilə şəffaf, məsuliyyətli və səmərəli dövlət xidmətlərinin göstərilməsinin təşviq edilməsi vasitəsilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə qəbul edilib. Qətnamədə “ASAN xidmət”in qalibi olduğu və dövlət xidmətləri sahəsində mükəmməlliyin beynəlxalq səviyyədə ən nüfuzlu tanınması olan BMT-nin Dövlət Xidmətləri Mükafatının korrupsiyanın qarşısını alan yeni innovasiya və konsepsiyaların müəyyən edilməsində əhəmiyyətli rolu vurğulanıb. Qeyd edilib ki, BMT və digər beynəlxalq təşkilatlar belə təşəbbüsləri mükafatlandırmağa və onların digər ölkələrdə tətbiq edilməsini təşviq etməyə çağırır.

 

A- A A+

Digər press-relizlər