Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN Xidmət” mərkəzlərində silsilə təlimlər keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində əməkdaşların davranış və biliklərinin təkmilləşdirilməsi Dövlət Agentliyinin qarşıya qoyduğu əsas hədəflərdən biridir. Bununla əlaqədar olaraq 2015-ci ilin birinci rübündə Bakı şəhərində  yerləşən “ASAN xidmət”  mərkəzlərində, həmçinin  Gəncə və Sumqayıt “ASAN xidmət” mərkəzlərinin 400-dən artıq əməkdaşı üçün  “İşgüzar etikanın vətəndaş məmnunluğunda rolu”, “Dinləmə və izah etmə bacarıqları”  mövzularında  silsilə  təlimlər keçirilib. Təlimlərdə  vətəndaşlara yüksək səviyyəli xidmətin göstərilməsi, onların xidmətlə bağlı ehtiyaclarının düzgün müəyyən edilməsi istiqamətində məlumat verilib. 

Təlimlərdə iş prosesində real rast gəlinən kazuslar müzakirə edilmiş, səmərəli xidmətdə sosial həssaslığın və kütlə psixologiyasının rolu haqqında danışılmış, etikanın, işgüzar etiketin əsas elementləri, xidmət prosesində müasir işgüzar etiket və onun tendensiyaları, korporativ mədəniyyət kimi məsələlərə toxunulub.

Təlimlərdə xidmət mədəniyyətinin əsas təzahür formalarından biri olan dinləmə və izah etmə bacarıqları, onların növləri, hansı situasiyada hansı dinləmə növünün tətbiq edilməsi haqqında iştirakçılara geniş məlumat verilib. Dinləmənin formaları ilə bağlı vətəndaş-əməkdaş ünsiyyətinin canlandırılması üçün fərdi və komanda tapşırıqları keçirilib. Təlimlərdə həmçinin əməkdaşlar tərəfindən fərdi olaraq “uğurlu ASAN əməkdaşı formulları” hazırlanıb.

 

A- A A+

Digər press-relizlər