Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” liderlər arasında

Dünyanın tanınmış konsaltinq və audit şirkəti "Pricewaterhouse Coopers" (PwC)  dünyanın 18 iri şəhərlərində yerləşən və "bir pəncərə" prinsipi" ilə dövlət xidmətlərinin göstərildiyi çoxfunksiyalı mərkəzlərin (ÇFM) işini təhlil edib.

PwC-nin "Dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi mərkəzinin müqayisəli təhlili" adlı araşdırmasına əsasən vətəndaşlar arayış və icazələri ən asan Bakı, Moskva və San-Paulda əldə edə bilirlər.

Araşdırmada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində növbələrin idarə olunması, ən rahat mərkəz və vətəndaşla dialoq göstəricisinə görə  Bakı  lider şəhərlər arasında olub.

Eyni zamanda araşdırmada qeyd olunur ki, telefon qaynar xətti bütün şəhərlərdə var amma əks əlaqə operativ pultu yalnız Bakı, Sidney, Moskva və Helsinkidə işləyir.

Xatırladaq ki, qiymətləndirmə dörd meyar (xidmətlərin əlçatanlığı, rahatlıq, növbələrin idarə olunması, əks əlaqə) üzrə aşağıdakı şəhərlərdə aparılıb:

Bakı (Azərbaycan), Moskva (Rusiya), Madrid (İspaniya), San-Paulu (Braziliya), Berlin (Almaniya), London (İngiltərə), Seul (Cənubi Koreya), Sidney (Avstraliya), Amsterdam (Niderland), Toronto (Kanada), Afina (Yunanıstan), Astana (Qazaxıstan), Budapeşt (Macarıstan), Banqalor (Hindistan), Oklend (Yeni Zelandiya), Helsinki (Finlandiya), Stokholm (İsveç), Santyaqo (Çili). 

Xəbərə keçid

 

 

A- A A+

Digər press-relizlər