Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in Serbiyada təqdimatı keçirilib

21-22 may 2015-ci il tarixində Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatı (GOPAC) BMT İnkişaf Proqramının dəstəyi ilə Belqradda Serbiya Milli Assambleyasında beynəlxalq konfrans keçirib.

Tədbirdə “ASAN xidmət”i Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda Azərbaycan brendi olan “ASAN xidmət”in yaradılması və fəaliyyət məqsədləri barədə geniş təqdimat keçirilib.  Dövlət xidmətlərinin daha effektiv, şəffaf yolla çatdırılmasında, korrupsiyaya qarşı mübarizədə, eyni zamanda elektron hökumət quruculuğunda “ASAN xidmət”in xüsusi rolu qeyd olunub. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olub və onları maraqlandıran suallarının cavablandırılması ilə davam edib.

Tədbirdə “ASAN xidmət” və GOPAC-la əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ASAN təcrübəsinin öyrənilməsi istiqamətində davamlı görüşlərin keçirilməsi müzakirə olunub.

Konfrans iştirakçıları dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyətini vurğulayıblar. Həmçinin parlamentarilər  “ASAN xidmət”i dünyanın ən nüfüzlu mükafatı olan BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na layiq görülməsi münasibətilə təbrik ediblər.  

 

A- A A+

Digər press-relizlər