“ASAN xidmət” “Diplomatisches Magazin” jurnalında
Almaniyanın “Diplomatisches Magazin” jurnalının yanvar buraxılışında “ASAN xidmət”-in fəaliyyətinə dair məqalə dərc edilib.
Politoloq, Berlin Azad Universitetinin Xəzər Regionu Araşdırmaları Mərkəzinin dosenti, Şərqi Avropa üzrə mütəxəssis Matias Dornfeldtin müəllifi olduğu “Yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizənin Azərbaycan yolu” adlı məqalə jurnalın beynəlxalq münasibətlər rubrikasında dərc olunub.
Məqalədə “ASAN xidmət”-in Azərbaycanın korrupsiyaya qarşı mübarizə və yaxşı idarəçilik baxımından effektli layihəsi olduğu qeyd olunur.
Müəllif “ASAN xidmət”i XXI əsrin müasir idarəetmə xidməti adlandırır və bu cür mərkəzlərin digər ölkələrdə, o cümlədən Almaniyada da yaradılmasını tövsiyə edir.
2012-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində müxtəlif dövlət qurumlarının xidmətlərinin vahid mərkəzdə birləşdirildiyi məqalədə qeyd olunur. “ASAN xidmət” mərkəzlərində operativ və keyfiyyətli formada insanlara xidmət göstərildiyi, bunun da öz növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın və korrupsiyaya qarşı mübarizənin təmin olunmasında mühüm rol oynadığı bildirilir.