Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”də “Bədən dili” mövzusunda təlim keçirilib

15 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Fransanın  Sarbon Universiteti arasında əməkdaşlıq çərçivəsində “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Bədən dili” mövzusunda təlim keçirilib.

Təlimdə iştirakçılar səmərəli ünsiyyətdə vacib olan qeyri verbal ünsiyyət elementləri barədə geniş məlumatlandırılıblar. İnteraktiv təlim metodlarından və işgüzar rol oyunlarından istifadə olunaraq yaradılan fəal iştirakçılıq mühitində iştirakçılar ünsiyyətdə məsafənin, jestlərin, duruşun və mimikanın rolu barədə geniş biliklər əldə ediblər.

Qeyd edək ki, vətəndaş məmnunluğunun təməlində ilk növbədə düzgün dinləmə, izahetmə  və səmərəli ünsiyyət  bacarığı durduğu üçün  “Bədən dili” mövzusunda təlimlərin keçirilməsi müasir dövrdə xüsusi aktuallıq kəsb edir. Bədən dilini bilməklə qarşımızdakı insanın əsl, gerçək düşüncəsini, hisslərini və niyyətlərini anlaya bilərik. Bu dili bildikdə, həm də öz bədən dilimizi düzgün idarə etməklə anlaşılmazlıqlardan, qarşı tərəfin narazılığına səbəb olan hərəkətlərdən qaça bilərik. 

 

A- A A+

Digər press-relizlər