Please ensure Javascript is enabled for purposes of website accessibility

"ABAD"ın 8 yaşı qeyd edilib

23 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" publik hüquqi şəxsin yaradılmasının səkkizinci ildönümü ilə əlaqədar tədbir təşkil olunub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qurum əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

 "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun fəaliyyətinə dair video təqdimatla çıxış edib. Təqdimatda qeyd edilib ki, ötən müddət ərzində “ABAD”  fəaliyyətini Masallı, Balakən, Quba, Şəki və Tovuz olmaqla 5 regional mərkəz, 9 etno-butik, 2 keramika və tətbiqi sənət mərkəzi, müxtəlif hipermarketlərdə 3 “ABAD” bakaleyası olmaqla, ümumilikdə 25 satış stendi və Quba rayonunda fəaliyyət göstərən istehsalat kompleksləri vasitəsilə həyata keçirib.

"ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təsərrüfatçı ailə ilə başlayıb və bu günə kimi 632 ailəyə dəstək tədbirləri həyata keçirilib. Onlardan 481-i sənətkar, 129-u qida, 22-i isə digər xidmət sahələri üzrə fəaliyyət göstərib. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.

Tədbir xidməti fəaliyyətində fərqlənən əməkdaşların təltif edilməsi ilə yekunlaşıb.

A- A A+

Digər press-relizlər