Ərizə;
-ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
-ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
-ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
-Əşyaların göstəricilərindən və dövriyyəsinin xüsusiyyətlərindən asılı olaraq: qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti;
-qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi;
-neftin, neft məhsullarının və təbii qazın hasilatı, onların, neft və neft məhsulları tullantılarının emalı üçün nəzərdə tutulan müvafiq avadanlığın olması barədə sənədin surəti;
-hasilat və emal vasitələrinin normativ-texniki tələblərə uyğun olması barədə təsdiqedici sənədin (keyfiyyət və uyğunluq sertifikatı) surəti;
-mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surətləri;
-neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı məqsədi ilə müvafiq torpaq sahəsinin və yerin təkinin ayrılması barədə sənədin surəti;
-neftin, neft məhsullarının və təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı vasitələrinin saxlanılması üçün nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənədin surəti;
-neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı prosesində şəxslər tərəfindən aparılan geoloji, texniki, markşeyder sənədlərinin surətləri;
-neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi barədə sənədin surəti;
-qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramının surəti.
İcazənin verilməsi ödənişsizdir.
7 iş günü