26 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykens arasında görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir. Bu məqsədlə Mərkəzin monitorinq qrupu Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının sifarişçi, podratçı və subpodratçıları ilə, eləcə...
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və İnnovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev 18-19 oktyabr 2021-ci il tarixində Avstriyanın Vyana şəhərində təşkil olunmuş ATƏT-in “İqtisadi məsələlər və ətraf mühit” mövzulu tədbirində çıxışçı qismində iştirak edib.
Vətən müharibəsi şəhidi, Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşı olmuş Rəşad Mehdiyevin adına Xırdalan şəhərində inşa edilən bulağın açılışı olub.
Səyyar ASAN xidmət avtobusu oktyabrın 5-dən Neftçalada Heydər Əliyev Mərkəzinin yanında vətəndaşlara xidmət göstərir. Ümumilikdə Neftçalada səyyar xidmət 4 dəfə gerçəkləşib, beş mindən çox vətəndaş müraciəti daxil olub.
19 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə Bakı Ali Neft Məktəbi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Tədbir iştirakçılarını salamlayan EHİM-in direktoru Fariz Cəfərov təhsil sahəsində rəqəmsallaşmanın və texnoloji inkişafın əhəmiyyətini qeyd edi...
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və “PAŞA Holdinq”in baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun mərhələsinə keçmiş 10 startap komandasının üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Səyyar ASAN xidmət avtobusu oktyabrın 5-dən etibarən Cəlilabad Şəhər Bələdiyyəsinn qarşısında vətəndaşlara xidmət göstərir. Ümumilikdə Cəlilabadda səyyar xidmət 13 dəfə gerçəkləşib. 13 dəfə səyyar ASAN xidmət avtobusları vasitəsilə 34 minə yaxın vətəndaş müraciəti daxil olub.