Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in nümayəndə heyəti Moldovaya səfər edib

22-26 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Moldova Respublikasının Kişinyov şəhərində beynəlxalq tədbirdə iştirak edib. “Şərq tərəfdaşlığında dövlət xidmətlərinin dizaynı və çatdırılması” mövzusunda keçirilən tədbirin təşkilatçısı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GİZ).

Dövlət xidmətlərinin çatdırılmasında beynəlxalq brendə çevrilən “ASAN xidmət” modelinin timsalında ölkəmizdə sosial innovasiyalar sahəsində həyata keçirilən işlər və naliyyətlər tədbirdə diqqət mərkəzində olub.

Görüşdə Azərbaycan, Ukrayna, Gürcüstan, Moldovanın müvafiq qurumlarının 30-dan çox nümayəndəsi iştirak edib. İştirakçılar Şərq Tərəfdaşlığı ölkələrində dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların tətbiqi və rəqəmsal alətlərin istifadəsinə dair təcrübələrini paylaşmaqla yanaşı, Estoniya və Ukraynadan olan ekspertlərin iştirakı ilə vörkşoplarda da iştirak ediblər.

A- A A+

Digər press-relizlər