7 iyun 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri və ombudsmanlarından ibarət nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Səyyar ASAN xidmət 5 iyun – 4 iyul tarixində Daşkəsən, Balakən, Yardımlı, İmişli şəhərlərində, 5 – 19 iyun tarixində Ağdam şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
1 iyun 2017-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
31 may 2017-ci il tarixində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katorinin başçılıq etdiyi nümayəndə heyəti 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
30 may 2017-ci il tarixində Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun nümayəndə heyəti 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
26 may tarixində görülən texniki təkmilləşdirmə işləri ilə əlaqədar 108 Çağrı Mərkəzi vasitəsi ilə müraciətlərin cavablandırılmasında fasilələr yaranır.
23 may 2017-ci il tarixində ASAN könüllülük məktəbinin “Master-2” pilləsi çərçivəsində SOCAR-ın idarə və müəssisələrində təcrübə keçmiş 12 ASAN könüllüsünə sertifikatların təqdim olunması mərasimi keçirilib.