“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 262 nömrəli Fərmanının 2-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qiymətləndirmənin həyata keçirilməsi üçün yaradılan işçi qrupunun fəaliyyəti yekunlaşır.
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, ADA universiteti, “ADA MUN” Club və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə ADA universitetində gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtətəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN” layihəsinə start verilib.
12 iyul 2017-ci il tarixindən etibarən vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana biləcəklər.
10 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
8 iyul 2017-ci il tarixində 3 saylı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası Əhməd Orucoğlunun "İlham pərisi" əsəri əsasında eyniadlı tamaşanı səhnələşdirib.
Səyyar ASAN xidmət 10 – 29 iyul tarixində Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində,10 – 19 iyul tarixində Qaradağ rayonunun Ələt qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
7 iyul 2017-ci il tarixində innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkətin arasında “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun yaradılması ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.