Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması
Zəruri olan sənədlərin siyahısı
- Ərizə-anket;
- Şəxsiyyət vəsiqəsi;
- Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun (digər sərhədkeçmə sənədinin) əsli və ya surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla);
Xidmət haqqı
ödənişsiz
Müddət
Dərhal
Qeyd
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi əcnəbinin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmasını təmin etməlidir.
Bu xidmət bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.