Balıq və digər su bioresurslarının elmi-tədqiqat və nəzarət, akvakultura, habelə təhsil və maarifləndirmə məqsədləri ilə ovuna kvota və balıqovlama bileti almaq üçün ərizəyə aşağıdakı sənədlər əlavə edilir və siyahısı ərizədə qeyd edilir:
ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
ərizəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə;
elmi-tədqiqat və nəzarət, akvakultura, təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün balıqovlama biletini almağa görə müraciət edən hüquqi və fiziki şəxslər ərizəsində ovun məqsədi və müddəti, ov ediləcək ərazilər və onun sahələri, ov alətlərinin çeşidi, sayı, ölçüləri, ovu planlaşdırılmış balıq və digər su bioresurslarının növü və sayı, habelə ovlanmış balıq və digər su bioresurslarının istifadə təyinatı və ova cavabdeh şəxs haqqında məlumatlar;
akvakultura məqsədi ilə ov üçün bioloji və texnoloji əsaslandırılmanın, təhsil və maarifləndirmə məqsədi ilə ov üçün maarifləndirmə layihəsinin və elmi-tədqiqat məqsədi ilə ov üçün elmi-tematik planın surəti;
ov ediləcək yerlər konkret göstərilməklə, sifariş verilən kvotanın (payın) növlər üzrə və ov alətlərinin briqadalar (manqalar) arasında təsdiq edilmiş bölgüsü;
mülkiyyətində və icarəsində olan gəmilərə (qayıqlara) (əgər balıq və digər su bioresurslarının ovunun gəmidən (qayıqdan) istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulursa) ərizəçinin mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədin notariat qaydada təsdiq edilmiş surəti;
Balıq və digər su bioresurslarının sənaye ovuna kvota və balıqovlama bileti almaq üçün ərizəyə aşağıdakı sənədlər əlavə edilir və siyahısı ərizədə qeyd edilir:
ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və VÖEN-in surətləri;
ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
ərizəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
ov ediləcək yerlər konkret göstərilməklə, sifariş verilən kvotanın (payın) növlər üzrə və ov alətlərinin briqadalar (manqalar) arasında təsdiq edilmiş bölgüsü;
mülkiyyətində və icarəsində olan gəmilərə (qayıqlara) (əgər balıq və digər su bioresurslarının ovunun gəmidən (qayıqdan) istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulursa) ərizəçinin mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədin notariat qaydada təsdiq edilmiş surəti;
|
№ |
Balıq və digər su bioresursları |
Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün |
Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün |
|
1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat) |
1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat) |
||
|
1 |
Кilkə |
44,50 |
89,00 |
|
2 |
Siyənək |
111,25 |
222,50 |
|
3 |
Кеfal |
89,00 |
178,00 |
|
4 |
Çapaq |
89,00 |
178,00 |
|
5 |
Кülmə |
89,00 |
178,00 |
|
6 |
Çəki |
178,00 |
267,00 |
|
7 |
Хəşəm |
222,50 |
445,00 |
|
8 |
Sıf |
178,00 |
356,00 |
|
9 |
Кütüm |
222,50 |
445,00 |
|
10 |
Şamayı |
222,50 |
445,00 |
|
11 |
Qarasol |
89,00 |
----- |
|
12 |
Хərçəngkimilər |
222,50 |
445,00 |
|
13 |
Digər balıq növləri |
89,00 |
178,00 |
Bu xidmət 2 saylı Gəncə, Quba, Salyan və Lənkəran regional "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.