- Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl (yəni iddia ərizələri verməmişdən əvvəl) tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
- Müvafiq "ASAN xidmət" mərkəzinə müraciət etməklə bağlı bildirilir ki, ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Yəni müəyyən ərazidə yaşasalar da, qarşılıqlı razılıq olduğu halda digər ərazidə olan mediatora və ya mediator təşkilatına müraciət edilməsi mümkündür. Əgər qarşılıqlı razılıq olmadığı halda ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır.
- İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləğinə” əsasən müəyyən edilir. Yəni bunu yalnız Nazirlər Kabineti dəyişdirə bilər. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir:
Sıra №-si |
Mübahisənin növü |
Haqqın məbləği |
1. |
Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə |
50 manat |
2. |
Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə |
50 manat |
3. |
Kommersiya mübahisələri üzrə |
|
3.1. |
iddia qiyməti 500 manatadək olduqda |
20 manat |
3.2. |
iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda |
40 manat |
3.3. |
iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda |
60 manat |
3.4. |
iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda |
100 manat |
3.5. |
iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda |
200 manat |
3.6. |
iddia qiyməti 50000 manatdan çox olduqda |
400 manat |
Mediasiya xərcləri mediator və tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir.
- Mediasiya haqqında Qanuna əsasən mediasiya prosesi 30 gün ərzində (Qanunun 24.7. maddəsi) başa çatmalıdır. Barışıq sazişində tərəflər başqa müddət müəyyən etməsələr saziş imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur.
Qeyd
Bu xidmət Qəbələ və Balakən regional "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.