N | İşin adı | Qiymət - AZN |
1 | Eskiz layihələrinin hazırlanması 100 m²-ə qədər (mövcud tikintilər üçün) | 150 |
2 | Eskiz layihələrinin hazırlanması 100 m²-dən artıq olduğu halda əlavə hər 1m2 üçün (mövcud tikililər üçün) | 1.50 |
3 | Eskiz layihələrinin hazırlanması (Memarlıq-Planlaşdırma bölməsi) tikiləcək evlər üçün | 3-5 |
4 |
Daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) bölgüsünün aparılması Kameral qaydada aparıldıqda |
50 |
5 |
Daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) bölgüsünün aparılması Çöl ölçmə işləri tələb olunduqda |
120 |
6 | Eksteryer dizayn (100 m²-dən yuxarı) | 5 |
7 | Eksteryer dizayn (100 m²-ə qədər) | 6 |
8 | Landşaft dizayn (100 m²-ə qədər) | 6 |
9 | Landşaft dizayn (100 m²-dən yuxarı) | 5 |
10 | İnteryer dizayn | 10-15* |
Qiymət seçilən üsluba uyğun olaraq dəyişir.
1 və 2-ci bəndlərdə nəzərdə tutulan işin icrası ( ölçü işləri aparıldıqdan sonra ) 5-7 iş günü müddətini əhatə edir. Sifarişçi tərəfindən işlərin təhvilinin tezləşdirilməsi tələb olunduqda, qeyd olunmuş qiymətlər 3 iş günü 1,25 əmsalına və 2 iş günü 1,5 əmsalına vurulmaqla hesablancaq. Digər bəndlərdə göstərilmiş işlər üçün müddət işin həcminə uyğun olaraq müəyyən edilir.
Tikinti məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı tələb olunan şəkildə layihələndirilir.
Qeyd olunan qiymətlərə 3D görüntü daxil deyil. 3D görüntülü sifarişlər üzrə əlavə zaman və qiymət təyin olunacaqdır
Ölçülər sifarişçi tərəfindən təqdim olunduqda, layihə ilə bağlı yaranan hər hansı bir uyğunsuzluğa görə icraçı cavabdehlik daşımır.
Sifarişçinin istəkləri əsasında dəyişik olunduqda və bunun nəticəsində hər hansı uyğunsuzluq yarandıqda icraçı cavabdehlik daşımır. Dəyişiklər üçün əlavə ödəniş tələb olunacaqdır
Qeyd olunan qiymətlər Bakı şəhəri üzrə nəzərdə tutulub. Digər ərazilər üzrə qiymətlər məsafədən asılı olaraq dəyişir.
Ölçü işlərinin başlanılması üçün minimum 100 (bir yüz) manat ilkin ödəniş ödənilir
İnteryer dizayn işlərinə aşağıdakılar aiddir:
Mənzilin və yaxud fərdi yaşayış evinin ölçü planı;
Mənzilin və yaxud fərdi yaşayış evinin yenidənqurma planı;
Vizual görünüşlər (3D);
divar açılışları;
döşəmə planı;
mebel planı;
tavan planı;
elektrik planı;
açarların yerləşmə planı;
detallar və düyünlər.
Xidmət 3,4,5,6 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.