Rəsmi sənəd üçün fotoşəkil çəkdirərkən diqqət edilməli olan məqamlar:
- Başın və üz görüntüsünün istiqaməti - Baş kənarlara (sağa və sola aşağı) əyilməməli, heç bir tərəfə çevirilməməli (yarım profil olmamalı) və ağız qapalı şəkildə tutmalıdır;
- Fotoşəkildə birbaşa kameraya baxılmalı, gözlər açıq saxlanılmalı, saç və yaxud eynəklə örtülməməlidir;
- Eynəkdən istifadə edən şəxslər üçün – eynək gözün görünüşünə maneçilik törətməməli, günəş eynəkləri və digər rəngli eynəklərdən istifadə etmək qadağandır;
- Baş örtüyündən istifadə etmək qadağandır;
- Şəkildə şəkil çəkdirən şəxsin üzü tamamilə əks etdirilməlidir . Başın ən aşağı hissəsindən ən yuxarı hissəsinə qədər və üzün sağ və sol hissələri tam aydın şəkildə görünməlidir.
- Şəklin arxa fonu bir rəngli olmalı, üz və saç hissəsinə heç bir kontrast təsiri olmamalı və arxa fonda heç bir kölgə yaranmamalıdır.
Xidmət haqqı
3 AZN
Müddət
Dərhal
Qeyd
Bu xidmət 1, 3, 4, 5, 6, 7 saylı Bakı, 1 saylı Gəncə və Naxçıvan regional "ASAN mərkəzlərində həyata keçirilir.