Sənədlərin çatdırılma müddəti:
Çatdırılma müddəti göndərilən ölkədən asılı olaraq müəyyən olunur və zonalara görə təyin olunur. Müddət qiymət cədvəlində öz əksini tapmışdır.
“ASAN xidmət” mərkəzinə müraciət etməklə:
Vətəndaş mərkəzdə fəaliyyət göstərən xidmətə müraciət edərək vətandaşa təqdim olunan müqaviləni oxuyub imzalayır, xidmət üçün müəyyən olunmuş xidmət haqqını ödəyir və sənədi çatdırılacaq olan ünvanı yazılı sürətdə təqdim edir, müqavilədə göstərilən zamanda sənəd ünvanına çatdırılır.
Qiymət siyahısı: https://asan.gov.az/Gold-express-qiymet.pdf
Bu xidmət 1, 2, 3, 4, 5 saylı Bakı, həmçinin 1 saylı Sumqayıt və Naxçıvan regional "ASAN xidmət" mərkəzində həyata keçirilir.
Ödənişlər AZN ilə aparılır
Sifarişlərin qəbul günləri:
Sifarişlərin qəbulu müvafiq mərkəzlərin iş rejiminə uyğun olaraq həyata keçirilir.
Qeyd: Xidmət Bakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərində bazar günü həyata keçirilmir.