Ərizə (1 nömrəli əlavə - hüquqi və fiziki şəxslər tərəfindən doldurulur və kağız daşıyıcıda təqdim edilir);
Təhlükə potensiallı obyektlər barədə məlumat vərəqi – hər bir obyekt üçün 1 nüsxədə (2 nömrəli əlavə - hüquqi və fiziki şəxslər tərəfindən doldurulur və kağız daşıyıcıda təqdim edilir);
Təhlükə potensiallı obyektlərin qeydiyyat vərəqi - 3 nüsxədə (3 nömrəli əlavə - hüquqi və fiziki şəxslər tərəfindən doldurulur və kağız daşıyıcıda təqdim edilir);
Texniki təhlükəsizlik üzrə müsbət ekspertiza rəy(lər)inin surəti;
Qurğu və avadanlıqların pasportlarının surəti (təkrar qeydiyyat zamanı tələb olunmur);
İstismar müddəti bitmiş qurğu və avadanlıqların növbəti istismara yararlılığı barədə sənəd(lər)in surəti;
Obyektin işçilərinin ixtisaslaşma və texniki təhlükəsizlik tələblərinə uyğunluğu, həmçinin attestasiyadan keçirilməsi barədə sənəd(lər)in surəti.
Ödənişsiz
Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda müraciətin qeydə alındığı gündən başlayaraq 10 gündən gec olmamaqla qərar qəbul edilir. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə təqdim edilmiş sənədlərdə olan çatışmazlıqlar konkret göstərilməklə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Dövlət reyestrində qeydiyyata alınmış təhlükə potensiallı obyektlər 5 ildə bir dəfədən gec olmayaraq təkrar qeydiyyata alınır və yeni çıxarış verilir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada istismara qəbul edilən təhlükə potensiallı obyektlər istismara başlandığı gündən ən geci 30 gün müddətində dövlət reyestrində qeydiyyatdan keçirilməlidirlər.