Elektrik enerjisinin nəqlinə icazənin verilməsi
Zəruri olan sənədlərin siyahısı
- Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- Vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
- Ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa) və digər aidiyyəti sənədlər;
- Müvafiq fəaliyyətin həyata keçiriləcəyi ərazidə ətraf mühitə təsirin səviyyəsini və onun səbəblərini müəyyən edən müstəqil ekspertlər tərəfindən keçirilən ekspertiza rəyi;
- Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- Nəzərdə tutulmuş fəaliyyətin əsas əlamətlərinin təsviri;
- Müraciət edən şəxsin və onun işçilərinin müvafiq ixtisas dərəcəsi haqqında sənədlər;
- İctimai texniki təhlükəsizliyə riayət edilməsi haqqında arayış;
- Fəaliyyətlə məşğul olan insanların sağlamlığının və təhlükəsizliyinin mühafizəsi üzrə qaydalara aid sənədlər; Ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya İcarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa);
Xidmət haqqı
İcazənin verilməsi üçün dövlət rüsumu tələb olunmur.
Müddət
7 iş günü