Ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması
Zəruri olan sənədlərin siyahısı
Biletin verilməsi
- ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti;
- ov silahının saxlanması, gəzdirilməsi və istifadəsi hüququnu təsdiq edən şəhadətnamənin surəti;
- 3x4 ölçüdə iki ədəd rəngli fotoşəkil.
Biletin müddətinin uzadılması
- Şəxsiyyət vəsiqəsi;
- Ovçuluq bileti;
- Etibarnamə (şəxsin özünün iştirakı mümkün olmadıqda
Dövlət rüsumunun məbləği
Ovçuluq biletinin verilməsinə görə - 25 manat
Müddət
10 (on) gün.
Qeyd
- Ovçuluq biletinin müddəti 2 (iki) ildir.
- Tələb edilən sənədlərin surətləri əsli ilə birlikdə təqdim edilməlidir.
- Elektron xidmət zamanı icranın nəticəsinin əldə edilməsi zamanı şəxsiyyəti təsdiq edən sənədin və ya notarial qaydada təsdiq edilmiş müvafiq etibarnamənin əsli bilavasitə təqdim edilir.
- Bu xidmət yalnız 5 saylı Bakı “ASAN xidmət” mərkəzində həyata keçirilir.