Şəxsiyyət vəsiqəsi
Hüquq sahibinin ərizəsi;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Qeyri-yaşayış sahəsinə dair aşağıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən biri:
Notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr;
qanuni qüvvəyə minmiş məhkəmə qərarları
2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş hüquqları təsdiq edən şəhadətnamələr və qeydiyyat vəsiqələri;
Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr;
qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;
Yaşayış fondundan qeyri-yaşayış fonduna keçid ilə bağlı yerli icra hakimiyyətinin sərəncamı, qeyri-yaşayış sahəsinin İH tərəfindən təsdiq edilmiş eskiz layihəsi, mənzilə dair verilmiş çıxarış, istismara qəbul aktı və ya istismara icazə.
06.07.2006-cı il tarixdən 24.06.2009-ci ilədək müvafiq icra hakimiyyəti (ƏMDK) tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamə.
ƏMDX-nin alqı satqı (özəlləşmə) müqaviləsi, haqq-hesab vərəqəsi.
Qeyri yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışların verilməsi - 50 manat
(texniki inventarlaşdırma aparılmadığı hallarda)(10 iş gününə verildikdə 120 manat x/h 7 iş gününə verildikdə 180 manat x/h, 3 iş gününə verildikdə 240 manat x/h, 1 iş gününə verildikdə 360 manat x/h
Qeyri yaşayış sahələrinə dair texniki sənədlərin (ilkin texniki inventarlaşdırılma işləri, texniki pasport və plan ölçü) verilməsi üçün – 75 manat dövlət rüsumu
Sahəsi 100 m2 -dək (100 m2 daxil) olduqda:
Bakı-15 iş gününə verildikdə 460 manat x/h, 10 iş gününə verildikdə 690, 5 iş gününə verildikdə 920, 2 iş gününə verildikdə 1380 manat x/h
Abşeron rayonu, Gəncə, Sumqayıt, şəhərləri- 15 iş gününə verildikdə 272, 10 iş gününə verildikdə 408, 5 iş gününə verildikdə 544, 2 iş gününə verildikdə 816 manat
Digər şəhər və rayonlarda –15 iş gününə verildikdə 238, 10 iş gününə verildikdə 357, 5 iş gününə verildikdə 476, 2 iş gününə verildikdə 714 manat
İşğaldan azad olunmuş ərazilərdə - 15 iş gününə verildikdə 170, 10 iş gününə verildikdə 255, 5 iş gününə verildikdə 340, 2 iş gününə verildikdə 510 manat
Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması, daha əvvəl inventarlaşdırma aparılmış daşınmaz əmlak obyektinə münasibətdə yxarıda qeyd olunmuş tariflərə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30,0 manatdan az olmamaqla hesablanır
Bina, tikili, qurğular və onların tərkib hissələri üzrə sahəsi 100 m2 -dən 1000 m2 -dək (1000 m2 daxil) olduqda, 100 m2 -dən çox olan hər əlavə 1 m2 üçün 2,4 manat x/h, sahəsi 1000 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 1,2 manat x/h tətbiq edilir.
Həmçinin ərizə icrası zamanı hər hansısa bir əlavə xidmətlər tətbiq olunduqda (məs. ünvan təyin edilməsi) yekun xidmət haqqında müvafiq dəyişikliklər olacaqdır.