Şəxsiyyət vəsiqəsi
Hüquq sahibinin ərizəsi;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;
Fərdi yaşayış və ya bağ evinə dair aşağıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən biri:
Tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr;
Yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları;
Yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd;
Ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə);
Ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı;
Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar;
kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış;
daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr;
qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;
2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat vəsiqələri.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minməzdən əvvəl (2013-cü il yanvarın 1-dən) inşa edilmiş, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:
icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;
məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:
tikintisinə icazə tələb olunan fərdi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd
Fərdi yaşayış və bağ evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışların verilməsi - 50 manat
(10 iş gününə verildikdə 36 manat x/h, 7 iş gününə verildikdə 54 manat x/h, 3 iş gününə verildikdə 72 manat x/h, 1 iş gününə verildikdə 108 manat x/h,
Fərdi yaşayış və bağ evlərinə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün – 75 manat
Sahəsi 50 m2-dək (50 m2 daxil) olduqda:
Bakı-15 iş gününə verildikdə 40, 10 iş gününə verildikdə 60, 5 iş gününə verildikdə 80, 2 iş gününə verildikdə 120 manat
Abşeron rayonu, Gəncə, Sumqayıt, şəhərləri- 15 iş gününə verildikdə 35 manat x/h, 10 iş gününə verildikdə 52.5 manat x/h, 5 iş gününə verildikdə 70 manat x/h, 2 iş gününə verildikdə 105 manat x/h
Digər şəhər və rayonlarda –15 iş gününə verildikdə 30 manat x/h, 10 iş gününə verildikdə 45 manat x/h, 5 iş gününə verildikdə 60 manat x/h, 2 iş gününə verildikdə 90 manat x/h
Sahəsi 50 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün
Bakı şəhərində 0,40 manat x/h
Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində 0,32 manat x/h
digər şəhər və rayonlarda 0,28 manat x/h
Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması, daha əvvəl inventarlaşdırma aparılmış daşınmaz əmlak obyektinə münasibətdə yuxarıda qeyd olunmuş tariflərə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30,0 manatdan az olmamaqla hesablanır.
Yaşayış fondu üzrə vahid əmlak (tikili və torpaq birlikdə) qeydiyyata alınan zaman torpaq sahəsinə münasibətdə 0,6 ha-dək torpaq sahəsi üzrə - Bakı şəhərində 0,3 əmsalı (60 manan x/h), Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində 0,25 əmsalı (50 manat x/h), digər şəhər və rayonlarda 0,2 əmsalı (40 manat x/h) tətbiq edilir ,
Torpaq sahəsi 0,06 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün
Bakı şəhərində 0,3 əmsalı (1.5 manat x/h), Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində 0,25 əmsalı (1.25 manat x/h), digər şəhər və rayonlarda 0,2 əmsalı (1 manat x/h) tətbiq edilir.