Ərizə;
VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün);
Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda);
Mülkiyyəti və ya əşya hüququnu təsdiq edən sənəd (çıxarış, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış, sərəncam, bələdiyyə qərarı (tikinti ərazisinin vəziyyət planı təqdim edilmədikdə qeyri-yaşayış sahəsinin xəritə üzərində yerləşmə planı, koordinatları qeyd olunmaq şərtilə), yerli icra hakimiyyəti orqanı qərarı (tikinti ərazisinin vəziyyət planı təqdim edilmədikdə qeyri-yaşayış sahəsinin xəritə üzərində yerləşmə planı, koordinatları qeyd olunmaq şərtilə), order, və s.);
Tikinti ərazisinin vəziyyət planı;
Binanın (binaların), qeyri-yaşayış sahələrinin bütün yeraltı kommunikasiyaları, xarakteristikası (binaların, qeyri-yaşayış sahələrinin hündürlüyü və ya mərtəbəliliyi, mənzillərin sayı, suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi) barədə sənəd;
Obyektin tikintisinə dair layihənin surəti.
Xidmət haqqı abonentin sifarişi əsasında müəyyən edilir.
Xidmətin göstərilməsi əlavə araşdırılma tələb etdiyi üçün 15 iş günü ərzində öz həllini tapır