Bütün dillər üzrə tibbi, texniki və elmi tədqiqat istiqamətli səhifəlik tərcümələr üçün qiymətlər Times New Roman şrifti ilə, 12 ölçü və 1,5 interval ilə, yaxud söz sayı (250-300 söz) və ya simvol hesabı (1800 simvol) ilə hesablanır və hər səhifəyə əsasən mətnin tərkibindən asılı olaraq əlavə ödəniş edilir.
Redaktə xidməti: bir səhifə və ya bir sənəd üçün nəzərdə tutulmuş tərcümə haqqının 50%-i nisbətində ödəniş edilir.
Qeyd 1: Redaktə xidməti dedikdə, müəyyən dildə yığılmış mətnin və ya tərcümə edilmiş mətnin redaktəsi, səhvlərinin yoxlanılması, orfoqrafik və leksik səhvlərin aradan qaldırılması başa düşülür.
Eyniləşdirmə xidməti: bir səhifə və ya bir sənəd üçün nəzərdə tutulmuş tərcümə haqqının 60%-i nisbətində ödəniş edilir.
Qeyd 2: Eyniləşdirmə xidmətləri dedikdə, müəyyən dildə yığılmış mətnin və ya tərcümə edilmiş mətnin orijinal variantı ilə tutuşdurulması, texniki və orfoqrafik səhvlərin aradan qaldırılması.
Sinxron tərcümə xidmətləri üzrə bir günlük xidmət haqqı 500 manatdan başlayır. Dillərə görə xidmət haqqı dəyişir.
Sinxron tərcümə avadanlıqları 1 günlük 50 qulaqcığa qədər 500 manat təşkil edir. Xidmətə daxildir: komplekt texniki avadanlıqlar, çatdırılma, quraşdırma və 2 nəfər texniki işçi.
Qeyd 3: Şifahi ardıcıl tərcümə və sinxron tərcümə üçün ödəniş tam gün üçün hesablanır. Lakin səhər saatlarından günorta saat 12:00-dək xidmət göstərilərsə, ödəniş hədəf dil üzrə müəyyən olunmuş məbləğin 50%-i dəyərində aparılır.
Şifahi ardıcıl tərcümə xidmətləri üzrə bir günlük xidmət haqqı 150 manatdan başlayır. Dillərə görə xidmət haqqı dəyişir.
Qeyd 4: Tərcümə xidmətləri bütün "ASAN xidmət" mərkəzlərində, həmçinin 2 və 3 saylı Bakı "ASAN Kommunal" mərkəzində fəaliyyət göstərir.
Qeyd 5: İkinci nüsxə sənədlərin hazırlanma haqqı: Təsdiq olunacaq sənədlər:1-5 səhifəlik sənədlər- 3manat, 6-10 səhifəlik sənədlər -5 manat, 10 səhifədən artıq olan sənədlərə çapa əsasən ödəniş edilir.
Təsdiqsiz sənədlər: 1-3 səhifəlik sənədlər – ödənişsiz, 3-10 səhifəlik sənəd-2 AZN.
Qeyd 6: Sənədlərin arxivdə saxlanılma müddəti 3-6 aydır.
Bu xidmət bütün "ASAN xidmət" və 2 və 3 saylı Bakı "ASAN Kommunal" mərkəzində həyata keçirilir.