Fiziki şəxslər üçün:
müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
şəxs fərdi sahibkardırsa, onun şəxsiyyətini təsdiq edən sənədin əsli və VÖEN-i əks etdirən sənədin surəti;
şəxsin özü müraciət etmədiyi halda onun qanuni nümayəndəsinin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.
Hüquqi şəxslər üçün:
VÖEN-ni əks etdirən sənədin surəti;
hüquqi şəxsi təmsil edən nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.
Ödənişsiz
Dərhal
Hüquqi şəxsi təmsil edən nümayəndə sorğu müraciət formasını müəssisənin möhürü ilə təsdiqləməlidir.
Xidmət 1 saylı Bakı “ASAN Kommunal” mərkəzində həftənin bazar ertəsi – cümə günlərini əhatə etməklə saat 09:00-dan 18:00-dək həyata keçirilir.