Abonentin şəxsiyyət vəsiqəsi;
Forma 1,2 (quraşdırılma aktı);
Qazın alqı-satqı müqaviləsi.
Ödənişsizdir.
G4 tipli smart sayğaclı abonentlərə - dərhal
G6 tipli smart sayğaclı abonentlərə - 1(bir) iş günü müddətində
Qeyd 1: başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Qeyd 2: abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).
Qeyd 3: yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
Qeyd 4: qazın alqı-satqı müqaviləsi “ASAN Kommunal” mərkəzində bağlanılır.
Qeyd 5: əhali abonentləri üçün borc aşkar olunduğu halda ödənilməli, ödənilə bilinmədiyi halda abonentə qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcun ödənilməsi barədə bildiriş təqdim edilir.
Qeyd 6: qeyri-əhali abonentləri üçün borc aşkar olunduğu halda ödənilməlidir.
Qeyd 7: Notarial qaydada təsdiq olunmuş kirayə müqaviləsi əsasında kirayəçiyə, tələb olunan digər sənədləri təqdim etdiyi halda xidmət göstərilir.
Qeyd 8: Borc aşkar olunduğu halda tərəflər arasında rəsmiləşdirilmiş “İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırılmış Protokol” əsasında xidmət göstərilir.
Qeyd 9: Borc aşkar olunduğu halda protokola yalnız abonent özü və yaxud notarial qaydada təsdiq olunmuş nümayəndəsi imzalaya bilər..
Qeyd 10: Abonent köhnə müqaviləni gətirdikdə və ya Azəriqaz İB sistemində mövcud olduqda yeni müqavilə bağlanılmır.
Qeyd 11: Qeyri-əhali abonentlərdən köhnə müqavilə olmadığı halda VÖEN-nin surəti tələb olunur.