Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, general –polkovnik, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların idarə heyətlərinin sədri Səlcuk Bayrakdaroğlu “ASAN xidmət” mərkəzinin, eləcə də "YAŞAT" Fondunun fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.
1 iyun 2021-ci il tarixində Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
28 May – Respublika Günü münasibəti ilə “ASAN xidmət” əməkdaşları və ASAN könüllüləri Azərbaycan bayraqları ilə bəzədilmiş şəxsi avtomobilləri ilə avtoyürüş ediblər.