Please ensure Javascript is enabled for purposes of website accessibility

Yazıçı-publisist Çingiz Abdullayev “ASAN xidmət” mərkəzinin fəaliyyətilə tanış olmuşdur

15 fevral 2013-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisist Çingiz Abdullayev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyətilə tanış olmuşdur.

Qonağı salamlayan Dövlət Agentliyin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. İnam Kərimov bildirmişdir ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Yaradılmış şəraiti yüksək qiymətləndirən görkəmli yazıçı Çingiz Abdullayev “ASAN xidmət” mərkəzinin fəaliyyətindən və çevikliyindən, əməkdaşların peşəkar yanaşmasından məmnun qaldığını söyləmişdir.

 

A- A A+

Digər press-relizlər