Please ensure Javascript is enabled for purposes of website accessibility

“YAŞAT” Fondu tərəfindən “Şəhid əmanətləri Şuşada” layihəsinə start verilib

25 sentyabr 2021-ci il tarixində “YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Şəhid əmanətləri Şuşada” layihəsinə start verilib.

25, 26 sentyabr tarixlərini əhatə edəcək layihə çərçivəsində şəhidlərimizin övladlarının Şuşa şəhərinə səfəri təşkil olunub.
 
Səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə edəcəklər.
 
Şuşa qalasının qarşısında baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev,  Dövlət Turizm Agentliyinin Aparat rəhbəri  Kənan Qasımov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Alızadə, şəhidimiz Şəhriyar Quliyevin valideynləri, şəhidlərimizin övladları iştirak ediblər.
 
Qonaqlar müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən söz açıblar. Onlar bu qələbənin əldə edilməsində canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən daim dərin ehtiramla  yad edildiyini vurğulayıblar.

Sonra iştirakçılar  Cıdır düzünə, Molla Pənah Vaqifin məqbərəsinə,   Yuxarı Gövhərağa məscidinə, Bülbülün ev-muzeyinə  ekskursiya ediblər.
Tərəfdaşlar: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi

Sponsorlar: “Günaydın”, “Shaurma N1”

A- A A+

Digər press-relizlər