Please ensure Javascript is enabled for purposes of website accessibility

WUF13-ün yüksək səviyyəli iştirakçıları “ASAN xidmət”də

18 may 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak məqsədilə ölkəmizə səfər edən Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Prezident Agentliyinin və BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin rəhbərləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Həmçinin vurğulanıb ki, BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

Görüş zamanı ötən il Kolumbiyanın müvafiq qurumu ilə imzalanmış Anlaşma Memorandumu və “ASAN xidmət” təcrübəsinin qarşı tərəflə paylaşılması istiqamətində aparılan işlər barədə müzakirə aparılıb. 

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

A- A A+

Digər press-relizlər