Please ensure Javascript is enabled for purposes of website accessibility

VI “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev VI “Yüksəliş” müsabiqəsinin final mərhələsində mentor kimi iştirak edib.

Final mərhələsində 130 iştirakçı “Yeni təsir gücü: Azərbaycan” mövzusunda keys tapşırığını yerinə yetirərək hazırladıqları həll yollarını təqdim edib, mentorların suallarını cavablandırıb və idarəetmə, liderlik, strateji düşüncə və komanda ilə işləmək bacarıqlarını nümayiş etdirib.

Mentorlar tərəfindən finalçıların təqdimatları və fəaliyyətləri qiymətləndirilib, fərqlənən iştirakçılara əlavə qiymətləndirmə balları verilib.

“Yüksəliş” müsabiqəsi ölkəmizdə peşəkar idarəçilərin və gələcəyin liderlərinin formalaşmasına töhfə verən mühüm inkişaf platformasıdır.

A- A A+

Digər press-relizlər