Please ensure Javascript is enabled for purposes of website accessibility

Vətən müharibəsi qaziləri "Baykar" şirkətində olublar

"YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən Vətən müharibəsi qaziləri “Baykar Savunma” şirkətinə məxsus olan istehsal fabrikində olublar. Qazilərimiz şirkətin istehsal sahəsində "TB2", "TB3", "Akıncı" kimi PUA-ları ilə tanış olublar.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində təşkil edilib.  

“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar qonaqlara şirkətin yaradılması tarixi, fəaliyyət istiqamətləri və gələcək prioritetlərə dair təqdimat edib, müxtəlif istiqamətlərdə müzakirələr aparılıb.

Qazilərimizə, həmçinin şirkət tərəfindən hazırlanan Vətən müharibəsində qazanılan parlaq qələbəyə həsr olunan marka və "Akıncı"  PUA-nın maketi təqdim olunub.

Qazilərimiz də öz növbəsində Vətən müharibəsi zamanı əldə olunmuş qələbədə “Baykar Savunma” şirkətinə məxsus PUA-larının müstəsna əhəmiyyətini diqqətə çatdırıb və öz təşəkkürlərini bildiriblər.


Sonda xatirə şəkli çəkdirilib.


Xatırladaq ki, “YAŞAT” Fondu tərəfindən ümumilikdə 156 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 111 ölkəyə geri qayıtmışdır. Hazırda 45 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.

A- A A+

Digər press-relizlər