Please ensure Javascript is enabled for purposes of website accessibility

Uşaq Səfirlər Məclisi üzvləri "ASAN xidmət"də

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Uşaq Səfirlər Məclisi üzvləri ilə görüşüb.

Görüş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində baş tutub. Uşaq Səfirlər Məclisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə yaradılıb.

 

          Ülvi Mehdiyev Məclis üzvlərinə "ASAN xidmət" in fəaliyyəti, könüllülük proqramları və gənclərin sosial layihələrdə iştirakı üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib. Müzakirələr zamanı süni intellektin gələcəkdə "ASAN xidmət"də istifadəsi və bu texnologiyanın cəmiyyətə təsiri barədə fikir mübadiləsi aparılıb.

 

          Dövlət Agentliyinin sədri gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, cəmiyyətə töhfə verəcək sosial təşəbbüslərdə fəal olmalarının vacibliyini vurğulayıb.

 

          İştirakçılar "ASAN xidmət”, "Bilim Bakı", "ABAD" və "İNNOLAND"lə də tanış olublar.

A- A A+

Digər press-relizlər