Please ensure Javascript is enabled for purposes of website accessibility

Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

12 dekabr 2019-cu il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir təşkil olunub.

Öncə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi barədə çıxış edib.Sonra "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC tərəfindən hazırlanan “Əbədiyyət” sənədli televiziya filmi nümayiş olunub.

Filmdə Ümummilli lider Heydər Əliyevin portreti təqdim olunub, onun müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən söz açılıb.

A- A A+

Digər press-relizlər